QURBAN VERMƏK
QURD AĞZINDAN ALMAQ
OBASTAN VİKİ
İsmayıl qurbanı
İshakın qurban olunması (nid. Het Offer van Isaac) — Rembrandt van Reyn tərəfindən 1636-cı ildə çəkilmiş 195 x 132,3 sm ölçülü rəsm əsəri. Tabloda İbrahimin oğlu İshakı Allah yolunda qurban kəsərkən, son məqamda Allahın onun mömünlüyü qarşılığında mələk vasitəsilə bıçağı əlindən salması təsvir olunmuşdur. Bu mativ Rembrandtın şagirdi tərəfindən təkrarən çəkilmiş və təkmilləşdirilmişdir. Şəklin imza yerində bu sözlər "Rembrandt. verandert. En over geschildert" (Rmbrandt. dəyişdirilmiş və təzələnmişdir) qeyd olunmuşdur. Əsərin Rembrandtın əlindən çıxmış 1635-ci ilə aid orijinal variantı Ermitajda saxlanılmaqdadır.
Haqqın Qurbanı (kitab)
Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır. == Kitab haqqında == Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir. Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir. Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir. Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir.
Səhnə Qurbanı (dram)
Səhnə Qurbanı — "Səhnə Qurbanı" səhnə əsəri 1939-cu ildə "Revalyusiya i Kultura" jurnalında çap olunmuşdur. Bir pərdədən ibarət pyes, 1926-cı ildə qələmə alınmışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri, yaxın dostu Hüseyn Ərəblinskinin ölümünün altıncı il dönümünə özəl olaraq yazmışdır. == Mövzusu == Pyesdə çətin həyat sürmüş və sonda yaxın qohumu tərəfindən teatr aktyoru olduğu üçün qətlə yetrilən Hüseyn Ərəblinskinin fəaliyyətinin qısa bir dövründən bəhs edilir. Yazıçı Hüseynin mübariz və əzimkar xarakterini oxucuya çatdırmağa çalışmışdır. Hüseyin kasıb və əlverişsiz şəraitdə yaşamasına baxmayaraq həyatı çox sevir. Bir gün xalqın teatr və aktrorlara olan pis münasibətinin sona çatacağına ümid edir. Bunu düşünərək durmadan çalışır, özünü inkişaf etdirir. Bu yolda ona qarşı çıxanlara və ölüm təhdidlərinə baxmayaraq fəaliyyətinə davam edir. "Səhnə Qurbanı" dramı, Hüseyn Ərəblinskinin həyatını və səhnə fəaliyyətini araşdırmaq üçün önəmli bir qaynaq ola bilər.
Səhnə Qurbanı (pyes)
Səhnə Qurbanı — "Səhnə Qurbanı" səhnə əsəri 1939-cu ildə "Revalyusiya i Kultura" jurnalında çap olunmuşdur. Bir pərdədən ibarət pyes, 1926-cı ildə qələmə alınmışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri, yaxın dostu Hüseyn Ərəblinskinin ölümünün altıncı il dönümünə özəl olaraq yazmışdır. == Mövzusu == Pyesdə çətin həyat sürmüş və sonda yaxın qohumu tərəfindən teatr aktyoru olduğu üçün qətlə yetrilən Hüseyn Ərəblinskinin fəaliyyətinin qısa bir dövründən bəhs edilir. Yazıçı Hüseynin mübariz və əzimkar xarakterini oxucuya çatdırmağa çalışmışdır. Hüseyin kasıb və əlverişsiz şəraitdə yaşamasına baxmayaraq həyatı çox sevir. Bir gün xalqın teatr və aktrorlara olan pis münasibətinin sona çatacağına ümid edir. Bunu düşünərək durmadan çalışır, özünü inkişaf etdirir. Bu yolda ona qarşı çıxanlara və ölüm təhdidlərinə baxmayaraq fəaliyyətinə davam edir. "Səhnə Qurbanı" dramı, Hüseyn Ərəblinskinin həyatını və səhnə fəaliyyətini araşdırmaq üçün önəmli bir qaynaq ola bilər.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. == Məqalənin məzmunu == Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Əmlaka sahib olmaq hüququ
Əmlaka sahib olma hüququ — Hüquqi noqteyi nəzərdən vətəndaşa məxsusdur. Əmlak sahibi ona məxsus olan əmlakın rəsmi qaydada sənədləşdirməsini təmin etməlidir. == Tarixi == Bu iddiaların tarixi mənşəyi və kökü qədim Roma hüququ ilə bağlıdır. Roma hüququnda mülkiyyət hüququ, əsasən, ya vindikasiya iddiası ilə, ya da neqator iddia ilə müdafiə olunurdu. == Mülki Hüquqda == Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmək mülkiyyətçisidir. Neqator iddasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Əmlakın həbsi, yəni onun siyahıya alınması və ona aid sərəncam verməyə qadağan qoyulması qanunda birbaşa nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi haqqında məhkəmə qətnaməsinin və ya əmlakın müsadirə haqqında hökmün icrasını, məhkəmədə iddianın qaldırılması (belə hallarda o,adətən, məhkəmə icraçısı tərəfindən həyata keçirilir) zamanı vətəndaşların və hüquqi şəxslərin digər əmək hüquqlarını təmin edən, yaxud vərəsəliyin açılması zamanı vərəsələrin əmlak hüquqlarını qorumaq məqsədilə (bu halda o, notarius tərəfindən həyata keçirilir) tətbiq edilən tədbirdi. == Əmlaka sahib olma hüququ Azərbaycan qanunvericiliyində == Azərbaycan Respublikasınln Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçini özü tərəfindən və ya mülkiyyətçini sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər.
Qasım Qasımov (repressiya qurbanı)
Şamil Mahmudbəyov (repressiya qurbanı)
Şamil Mahmudbəyov — tanınmış nəslin nümayəndəsi, 1898-ci ildə pedaqoq və ictimaiyyətçi, rus-tatar məktəbinin və Azərbaycanda ilk teatr truppasının əsasını qoyan, xalq müəllimi Həbib bəy Mahmudbəyovun oğlu == Haqqında == 1916-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Kiyev politexnik institutuna daxil olmuşdur. O, Kiyevdə olarkən ictimai işlərdə fəal iştirak etmişdir.Şamil Mahmudbəyov 1920-ci ildən məsul vəzifələrdə çalışmış, N.Nərimanovun şəxsi katibi olmuş, Şuşa icrayə komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-in xalq komissarları şurasının sədrinin müavini və sədri, Azərbaycan mərkəzi icrayə komitəsinin işlər müdiri olmuşdur. Şamil Mahmudbəyov torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə qarşı qətiyyətli mübarizə aparmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivində Mahmudbəyovun N.Nərimanova yazdığı gizli məktublar saxlanılır. 1924–1928-ci illərdə "Azərbaycan Dövlət Kino"sunun rəhbəri, 1931-ci ilə kimi Kənd təsərrüfatı institutunun tədris bölməsinin prorektoru vəzifələrində çalışmışdır. 1931-ci ildə Şamil Mahmudbəyov Moskvaya Qırmızı Professorlar İnstitutuna göndərildi. 1933-cü ildə Sormovaya göndərilmiş və Qorki şəhərində Marksizm-Leninizm institutunda oxumuşdur. Şamil Mahmudbəyov Sormova şəhərinin zavodlarında geniş maarifləndirmə işi aparır fəal ictimai fəaliyyətlə məşğul olurdu. 30-cu illərdə aparılan repressiyalar digər görkəmli ziyalılar kimi Şamil Mahmudbəyovdan da yan keçməmişdir. 1936-cı ilin martında Marksizm-Leninizm institutunun IV kursunda təhsil alarkən bir sıra professor və tələbələrlə birgə (təcrid) həbs edilmişdir.
Baba Əliyev (repressiya qurbanı)
Baba Əliyev (Tam adı: Baba Əliyoldaş oğlu Əliyev; 1877, Mərdəkan, Bakı qəzası – 3 yanvar 1937) — Az. ÇK sədri . Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. Repressiya qurbanı. == Həyatı == Baba Əliyev 1877-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. İbtidai təhsil almışdır. 1905-ci ildən Rusiya Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1905–1907-ci illərdə Balaxanı-Sabunçu fəhlə rayonunda Hümmət Partiyasının, tətil və nümayişlərin təşkilatçısı olmuşdur. 1910-cu ildə partiyanın tapşırığına əsasən İran inqilabına (milli-azadlıq hərəkatına) kömək məqsədilə bu ölkəyə getmişdir. 1917–1918-ci illərdə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizə aparmış, Bakı kommunasının süqutundan sonra Həştərxana getmiş və "Hümmət" təşkilatının yerli bürosuna sədr seçilmişdir.
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı.Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. == Xülasə == Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir . Varlı bir balıqçılıq kirayəsi müştərisi ("Var olanlardan biri") üç həftəlik balıq ovu səfərindən sonra heç bir ödəniş etmədən Harrini itib-bataraq Harrini məhrum edir.
Sovet repressiyası qurbanı olmuş azərbaycanlı hərbçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.
Sovet represiya siyasətinin qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı
Sovet repressiya siyasətinin qurbanı olmuş azərbaycanlı hərbçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı
ондуля́тор псо́вка Тифо́н то́плесс барка́с ка́мень многоземе́льный не ука́з полубезу́мный своево́льный торма́шки плафон baking coal dalliance fiver flatland fulgid muntin outbuild proquaestor загоготать исполнительный кобза коммутация метеоспутник